- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
2011-2012 mövümündə “Qarabağ”da çıxış edən, hazırda “Sarayevo”nun qapıçısı Boyan Pavloviç keçmiş klubu ilə oyun barədə danışıb. Allsport.az saytı sizi qolkiperin fikri ilə tanış edir:
“”Qarabağ”la, bu komandanın futbolçuları ilə görüşmək mənim üçün olduqca xoş idi. Çempionunuz hazırda əla komanda formalaşdırıb. Tanıdığım kollektiv ciddi şəkildə dəyişib. Fəxr edə bilərsiniz, “Qarabağ”ınız çempionlar liqasının qrupunda oynadı! Bunu da bilirəm ki, millinizin təlim-məşq toplanışı ilə əlaqədar aparıcı yerli futbolçuları heyətdə yox idilər. Bu, yoldaşlıq görüşüdür.
Nəticənin elə də böyük əhəmiyyəti yoxdur. Göstərdikləri futbol alqışalayıqdir. Açığı, “Qarabağ”a görə çox sevinirəm. “Qarabağ”ın qrupdakı bütün görüşlərinə baxdım. Bu, tarixi hadisə idi, həm “Qarabağ”, həm də ölkəniz adına. Fürsətdən istifadə edib hər bir azərbaycanlını təbrik edirəm. “Qarabağ”a bu mövsümdə də uğurlar arzulayıram. Qoy bu mövsüm də qızıl medala sahib olsunlar və yenidən ÇL-in qrupuna düşsünlər”.