- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Ferrari” gənc sürücüsü Şarl Lekler ilə avtomobili İtaliyanın Monza trasında sınaq yürüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, moneqask qaydaların icazə verdiyi 100 kilometr məsafəni o, “Pirelli” təkərləri ilə qət edib. “Skuderia” üçün bu, ilin icazə verilən 2 çəkiliş günündən sonuncusu idi.
Öncə komanda qış sınaqları başlamazdan əvvəl, Barselona trasında çəkiliş etmişdi. İtaliyanın “La Gazzetta dello Sport” qəzeti vurğulayır ki, 2-ci çəkilişlər üçün seçilən trek heç də təsadüfi deyil. Mühəndislər gələn həftə İspaniya qran-prisinə hazırladığı yeni detalları sınaqdan keçirmək istəyirdilər.
“F1-75 “bu komponentdə yaxın rəqibləri “Red Bul”dan geri qaldığından, avtomobili test edərkən əsas diqqəti arxa təkərlərin yeyilməsini azaltmağa yönləndirmişdilər. Bu baximdan, yüksək sürətli Monza trası rezin üzərindəki ağırlığı qiymətləndirməyə və yeniliklərin effektivliyi haqqında ilkin nəticələr çıxarmağa imkan verir.
Aynur MEHDİYEVA