Şarl Lekler: Təkərlər ilə düzgün işləmək lazımdır

İspaniyada Formula-1 üzrə çempionatının 6-cı mükafat yarışının sıralanma turu başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Ferrari” ilk 2 yerləri tutaraq, yenədən fərqlənməyı bacarıb. Son dünya çempionu Maks Ferstappen (“Red Bul”) 3-cü, Corc Rassell (“Mersedes”) 4-cü yerdən yarışa başlayacaqlar.

İtaliya komandasının monakolu sürücüsü Şarl Lekler sevincini belə bölüşüb: “Çox çətin sessiyaya baxmayaraq əla əhval-ruhiyyədəyəm, çünki axrıncı yürüşlərin ilk mərhələsində səhv etsəmdə,sonra yalnız bir sürətli dövrə sürmək imkanım oldu.Mənim əlverişli start mövqeyim var, lakin son iki yarışda təkərlərlə bağlı problemlər yaşadıq.

Bu problemi aradan qaldırmasaq, qələbəni əldən verə bilərik. Sabah bu çətinliklərin öhdəsindən gəlmək üçün, təkərlər ilə düzgün işləmək lazımdır. Ümid edirəm ki, Karlos (“Ferrari”) ilə bərabər yarışda 2-qat dubl edə biləcəyik. Fikrimcə, komandamız üçün böyük nailiyyət olardı və bunun üçün biz 100% mübarizə aparmağa hazırıq”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan