- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

İngiltərə millisinin müdafiəçisi Luk Şou Avropa çempionatında darıxdırıcı oyun tərzinə görə tənqid edilən baş məşqçi Qaret Sautqeyti dəstəkləyib.
Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu Sautqeytə qarşı tənqidi başa düşə bilmədiyini söyləyib:
“Sautqeytə qarşı tənqidi başa düşə bilmirəm. O, ölkə və milli komanda oyunçuları üçün çox şey edib. Baş məşqçi komandanı yeni səviyyəyə qaldırdı. Heç bir mütəxəssis onun kimi nəticə əldə etməyib. Komandadakı bütün futbolçular onu yüksək qiymətləndirir. O, bizə meydançaya çıxmaq və özümüzü sübut etmək imkanı verir”.