Sautqeyt Maquayr və Qrilişi niyə heyətə daxil etmədiyini açıqladı

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avro-2024 üçün Harri Maquayr, Cek Qriliş və Ceyms Meddisonun yer almadığı yekun heyətin seçimini şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Daily mail”ə açıqlama verib:

“Bütün futbolçular bu xəbəri böyük hörmətlə qarşıladılar. Bütün futbolçular hesab edir ki, onlar heyətdə olmalıdırlar. Sadəcə, hiss edirik ki, heyətdə olan futbolçular, xüsusən də son altı ayda daha güclü mövsüm keçirdilər.

Meydançanın hücum zonalarında seçimlərimiz var. Bunlar çətin qərarlar idi və biz onları heyətlə geniş müzakirə etdik. Qərarlarımızı dəstəkləyirik, amma başa düşürük ki, başqa bir yol tuta bilərdik. Bu xəbəri onlara çatdırmaq məcburiyyətindəyik.

Harry Maquayr haqqında nə hiss etdiyimi, onun İngiltərə üçün nə etdiyini və menecer olaraq mənim üçün nə etdiyini bilirsiniz. Bu, həqiqətən də çətin qərar idi”, – deyə Sautqeytin sözlərini “Daily Mail” nəşri sitat gətirib”.

Həmin kateqoriyadan