- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
“Şaxtyor”un yarımmüdafiəçisi Georgiy Sudakov karyerasını top klubda davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Vest Hem” klubu ukraynalının xidmətlərində maraqlıdır.
“Şaxtyor” Sudakov üçün London təmsilçisindən 60 milyon avro tələb edib. Qarşı tərəfin hələlik qərar vermədiyi bildirilir.
Daha əvvəl 22 yaşlı futbolçunun “Napoli”, “Çelsi” və ya “Arsenal”a keçə biləcəyi barədə məlumatlar yayılmışdı.
Sudakov cari mövsüm ərzində 21 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.