- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Mixaylo Mudrikin “Çelsi”yə transferindən 100 milyon avro gəlir əldə edən “Şaxtyor” Ukrayna ordusuna dəstək olub. Allsport.az xəbər verir ki, Donetsk təmsilçisi Ukrayna ordusuna 25 milyon dollar yardım edib.
Bu barədə klubun prezidenti Rinat Əhmədov məlumat verib:
“Bu gün əsgərlərimizə, müdafiəçilərimizə və onların ailələrinə yardım etmək üçün 25 milyon dollar bağışlayıram. Bu pul tibbi yardım və psixoloji dəstəyin göstərilməsindən şəxsi istəklərin qarşılanmasına qədər bütün ehtiyacları təmin etmək üçün istifadə olunacaq”.