Sebalyos 1 ay meydanlardan kənar qalacaq

“Real Madrid” yarımmüdafiəçisi Daniel Sebalyosun zədələndiyini bildirib.

Allsport.az xəbər verir ki, müayinə nəticəsində yarımmüdafiəçiyə sağ biseps bud əzələsinin distal vətərinin zədələnməsi diaqnozu qoyulub. 

Futbolçunun sağalma vaxtı barədə məlumat verilməyib. Mətbuatda yayılan məlumata görə, Seballos təxminən bir aya yaxın oyundan kənar qalacaq.

2022/23 mövsümündə 26 yaşlı Daniel “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan