- Baxış sayı: 32
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

4 həftəlik fasilədən sonra Formula1 üzrə dünya çempionatının həyacanı yenidən başlayıb. Allsport.az saytı xəbər verir ki, Belçikada keçirilən sayca 13-cü qran-pridə “Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel qalib gəlib. Onun son dövrdə əsas rəqibi Lüis Həmilton finişə 2-ci, “Red Bull”dan Maks Ferstappen 3-cü çatıblar.
“Mercedes”in üzvü 231 xalla şəxsi hesabda öncüllüyünü saxlayır. 2-ci pillədə Sebastyan Fettelin (214 xal), “Ferrari”nin digər pilotu sürücü Kimi Rəykkönen (146 xal) qərarlaşıb.
Növbəti mükafat yarışı avqustun 31-dən sentyabrın 2-dək İtaliyada keçiriləcək.