Sebastyan Fettel 5000 avro cərimələnib


“Aston Martin” komandasının sürücüsü Sebastyan Fettel koronovirusdan sonra yarışlara geri dönüb. Allsport.az saytı xəbər verir ki, həftəsonu “Albert park”da sərbəst yürüşlərdən sonra, trasda çalışan marşallın skuterı ilə qaraja geri dönərək, diqqəti cəlb edib.

Bununla idman reqlamentinin 28.7 maddəsini pozan 4-qat dünya çempionu styuardlar tərəfindən cəzalanıb. Rəsmi məlumata əsasən, o, 5000 avro cərimə ödəyəcək.

Həmin kateqoriyadan