- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ferrari”nin sürücüsü Sebastyan Fettel paytaxtda keçiriləcək Formula1 Azərbaycan qran-prisi ilə bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, almaniyalı idmançı Bakı Şəhər Halqasının çox çətin yol olduğunu deyib:
“6-kilometrlik bu trass mövsümün bütün trasları arasında ən uzun – 2,2 kilometrlik düz yola malikdir. Burada sürət saatda 360 kilometrə çatır və bundan sonra 1-ci yavaş döngəyə girmək üçün sərt şəkildə əyləcə basmalı olursan.
Köhnə şəhərin divarları boyu sərt yoxuş cəmi 7 metrdir, Formula1 yürüşlərində bu cür enlilik tamamilə kiçik sayılır. Elə təəssürat yaranır ki, sanki iynənin dəliyindən keçirsən. 2 bolid üçün belə yer qalmır.
Bakıda tam sürətlə irəlilədiyin zaman yavaş dönmə əməliyyatlarında düz yolda antiqanadların hücum bucağını tapmaq çox çətindir”.