Sebastyan Fettel: Halo sistemi təhlükəsizliyi artıracaq

“Ferrari”nin sürücüsü Sebastyan Fettelin maraqlı açıqlama ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, onun fikrincə, Halo avtomobilin görünütüsünü pisləşdirsə də, təhlükəsizliyi artıracaq. F-1.az-a görə, bu sistem 10 komandadan yalnız biri tərəfindən təsdiq olunsa da, FİA yeniliyi gələn il formula1-də istifadə etməyə qərar verib.

“Sözün açığı, Qalxan sisteminin fanatı deyiləm, çünki bu sistem görünüşə mənfi təsir edir. Deyəsən, Halonu sonuncu dəfə keçən il Əbu Dabidə test etmişdik. İndi də etməliyik. Amma bu sistem görüntünü pisləşdirmir. Qalxanla əsas fərqi budur. Başımıza pis hadisə gəlsə, halo bizə kömək etməlidir.

İnsanlar bunu bolidə yaraşdırmırlar, amma illər keçir və biz inkişaf edirik. Bunu niyə istifadə etdiyimizi açıqlamalıyıq. Bir neçə il əvvəl Castin Uilsonun yaşadığı qəzalar üçün həll yolu tapmalıyıq. Əgər ona bu sistemi təklif etsəydik, rədd etməzdi. Amma həyat budur və geriyə dönüş yoxdur. Bəzi yenilikləri gözardı etmək axmaqlıq olar” – deyə, almaniyalı pilot.

Həmin kateqoriyadan