- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Ferrari”nin sürücüsü Sebastyan Fettel əsas məqsədinin qalan yarışlarda “Mersedes”i təmsil edən həmkarlarını önə buraxmamaq olduğunu deyib. Allsport.az saytı xəbər verir ki, almaniyalı pilot mövsümün ilk yarısında 4 dəfə qalib gəlib və sadəcə 3 yarışda podiumdan uzaq qalıb. F-1.az-a görə, 4-qat dünya çempionu rəqabət başlayandan bəri öncüllüyünü itirməyib.
“Komanda bu il daha yaxşı vəziyyətdədir. Əgər yaxşı nəticələr qazanmaq üçün tempiniz varsa, bunu davam etdirmək sizin əlinizdədir. Doğru adamlarla işlədiyimizi bilirəm. Onlar bilirlər ki, güclü bolidi necə düzəltmək lazımdır. Bu il mühərriyi təkmilləşdirdik. Hər şey doğru yöndə gedir.
Görək tətildən sonra necə olacağıq. Ümid edirəm ki, öndə olarıq və yaxşı xallar qazanarıq. Mercedes-in üstün olduğu bəzi traslar var. Bəzən geridə qalırıq, lakin zəif yönlərimizi bilirik. Trasdan-trasa dəyişməsi labüd olsa da, bunu istəmirik. Hər trasda güclü olmaq istəyirik və bunun üzərində işləyirik. Vaxtımız var” – deyə, Sebastyan Fettel əlavə edib.