- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Məşhur bosniyalı futbol meneceri Elmir Demiroviç “Qarabağ”da oynayan həmyerlisindən danışıb. Allsport.az saytı xəbər verir ki, o, 28 yaşlı qapıçı barədə bunları söyləyib:
“İbrahim Şehiçi yaxşı tanıyıram. Yaxşı qapıçıdır. Amma onu Bosniya və Herseqovina yığmasına yalnız “Qarabağ”dakı uğurlu çıxışından sonra çağırmağa başladılar. Mənim fikrimcə, Şehiç bu klubu tərk etməməlidir. “Qarabağ” onun üçün karyerasının pik nöqtəsidir. O, hələ uzun müddət bu komandada çıxış edə bilər.
Buna görə də Şehiçə “Qarabağ”da qalmaq daha sərfəlidir. Məsələn, Türkiyədə “Qarabağ”dakı qədər oynaya bilmirdi. Amma 2 ildir ki, Şehiç öz klubu ilə çempion olur, Avropa Liqasının qrup mərhələsində oynayır. Yığma karyerasına gəlincə, yaxşı qapıçı olsa da, “Çelsi”də çıxış edən Asmir Beqoviçdən üstün deyil”