- Baxış sayı: 75
- 30 Yanvar 2026 23:49
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

2021-2022-ci illər üzrə məşqçilər üçün beynəlxalq dərəcəli atletika seminarı başa çatıb. Allsport.az saytı xəbər verir ki, iştirakçılara sertifikatların təqdimetmə mərasimində çıxış edən MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov, BOK və DAT-ın təsdiq etdiyi beynəlxalq ekspert Oktay Mirzəyev (Rusiya) yerli məşqçilər üçün məşğələ keçdiyini bildirib.
MOK-un inzibati binasında baş tutan seminar Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə xidmət edir. Dekabrın 26-dək Azərbaycanda səfərdə olacaq Oktay Mirzəyev bölgələrə də səfər edəcək, regionlarda atletika idmanının vəziyyəti, inkişaf dinamikası ilə tanış olacaq.