- Baxış sayı: 9
- 16 Dekabr 2025 21:57
- Baxış sayı: 10
- Dekabr 16, 2025
- 0

Türkiyə millisinin baş məşqçisi Şənol Günəş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib.
Allsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı olimpiya stadionunda gözlədiklərini vurğulayıb: “Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun”.
İyunun 13-də Bakı olimpiya stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.