- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0
Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen” və “Qəbələ” klubları arasında keçiriləcək oyunun hakimi bilinib. Allsport.az saytı xəbər verir ki, UEFA bu görüşü Türkiyədən olan ədalət təmsilçilərinə həvalə edib.
Matçın baş hakimi Əli Palabıyık olacaq. Ona yan xətt referləri Cem Satman, Əkrem Qan, eləcə də qapı arxasında dayanacaq Alpər Ulusoyla Volkan Bayarslan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ceyhun Səsigözəl yerinə yetirəcək.
“Sent-Etyen” – “Qəbələ” matçı oktyabrın 20-də Fransada keçiriləcək.