Serbiya Kanoe Federasiyası Bakı-2015-də iştirak edəcək heyəti açıqladı

Serbiya Kanoe Federasiyası ilk Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibini açıqlayıb. Allsport.az xəbər verir ki, Serbiyanın kanoe yığmasında 13 idmançı – Marko Dragosavljeviç (K1, 200 m), Dejan Pajiç (K1, 1000 m), Marko Tomiçeviç (K1, 5000 m), Nebojsa Qrujiç (K2, 200 m), Marko Novakoviç (K2, 200 m), Simo Boltiç (K2, 1000 m və K4, 1000 m), Vladimir Torubarov (K2, 1000 m və K4, 1000 m), Ervin Holpert (K4, 1000 m), Dejan Terziç (K4, 1000 m), Nikolina Moldovan (K1 200 m, K1 500 m, K1 5000 m, K2 200 m və K4 500 m), Olivera Moldovan (K2, 200 m və K4, 500 m), Milica Staroviç (K2, 500 m və K4, 500 m), Dalma Ruziciç Benedek (K2, 500 m və K4, 500 m) yer alıb.

Komanda ilk Avropa Oyunlarının iyunun 14-16-da keçiriləcək kanoe yarışlarında yüksək nəticələr göstərmək üçün hazırlıqlarını davam etdirir.

Həmin kateqoriyadan