- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
2022-ci il dünya çempionatının seçmə oyunlarında Lüksemburq və Azərbaycan yığmaları ilə üz-üzə gələcək Serbiya millisi komandasının heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Draqan Stoykoviç 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Marko Dmitroviç (“Sevilya”, İspaniya), Predraq Raykoviç (“Renn”, Fransa), Mile Svilar (“Benfika”, Portuqaliya)
Müdafiəçilər: Straxinya Pavloviç (“Monako”, Fransa), Miloş Velkoviç (“Verder”, Almaniya), Stefan Mitroviç (“Xetafe”, İspaniya), Uroş Spayiç (“Krasnodar”. Rusiya), Matiya Nastasiç, Nikola Milenkoviç (hər ikisi “Fiorentina”, İtaliya), Filip Mladenoviç (“Legiya”, Polşa)
Yarımmüdafiəçilər: Mixaylo Ristiç (“Monpelye”, Fransa), Darko Lazoviç (“Verona”, İtaliya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Uroş Raçiç (“Valensiya”, İspaniya), Saşa Lukiç (“Torino”, İtaliya), Duşan Tadiç (“Ayaks”, Niderland), Filip Curiçiç (“Sassuolo”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Nemanya Radonyiç (“Herta”, Almaniya), Filip Kostiç (“Ayntraxt” Frankfurt, Almaniya), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Marko Qruyiç (“Portu”, Portuqaliya)
Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Real Madrid”, İspaniya), Duşan Vlaxoviç (“Fiorentina”, İtaliya)
Sentyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya seçməsi, 3 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.