- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

“Neftçi” premyer liqanın 19-cu turunda evdə “Sumqayıt”ı 2:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov bunu söyləyib:
“Birinci dəqiqədən sona qədər gərginlik hiss olunurdu. Rəqibin də haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar, bizə problem yaratdılar.
Onlar müdafidədə sıx oynayırdılar. Birinci hissədə qapılarına yaxınlaşa bilirdik. Dəqiqələr ötdükcə bu, çox çətinləşdi. Seriyamıza davam etmək istəyirik”.