- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Son zamanlar bir çox hadisəli matçın baş verdiyi Sevilya şəhərində keçiriləcək “Sevilya” – “Fənərbağça” oyununun yüksək riskli olduğu açıqlanıb. Son günlərdə İspaniya komandasının tərəfdarlarının gərginliyinin yüksək olduğunu nəzərə alan hakimiyyət hərtərəfli hazırlıqlara başlayıb.
Allsport.az xəbər verir ki, “Sevilya” ilə “Fənərbağça” arasında oynanılacaq UEFA Avropa liqasının oyunu İspaniyada yüksək riskli matç elan edilib. İdmanda zorakılığa, irqçiliyə və dözümsüzlüyə qarşı dövlət komissiyası “Sançes Pisxuan” stadionunda keçiriləcək matçı da belə oyunlar kateqoriyasına alıb. Buna görə də qarşılaşma ilə bağlı həm klub, həm də dövlət tərəfindən ehtiyat tədbirləri görüləcək.