- Baxış sayı: 27
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

“Sevilya”nın hücumçusu Yusif ən-Nəsiri karyerasını Türkiyədə davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, Mərakeş millisinin 27 yaşlı futbolçusu yayda Joze Mourinyunun rəhbərlik etdiyi “Fənərbağça”ya keçəcək.
“Sarı bülbüllər” transferi üçün əndəluslarla danışıqlara başladığını açıqlayıb. Bu gün mərakeşli İstanbula uçacaq və tibbi müayinədən keçəcək.
“Sevilya” onun satışından 22 milyon avro qazanacaq. Daha 3 milyon avro isə əlavə olaraq veriləcək.