- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, “Sevilya”nın prezidenti Xose Kastro, müdafiəçi Serxio Ramosun kluba qayıtmasını istəmir. Sitat:
“Daha nə deyəcəyimi bilmirəm. Burada və indi deyəcəm: Ramosla heç bir danışıqlarımız yoxdur. Heç vaxt belə variant olmayıb, çünki bu, bizə yaraşmır. Serxio “Sevilya”ya keçmək istəyir? Mən də bir təyyarə istəyirəm, gəlin onu bura çatdıraq”.
Ramos 2002-2005-ci illərdə “Sevilya”da çıxış edib. Bu komandadan 27 milyon avroya “Real” Madridə keçib. İspaniyalı futbolçu bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra, azad agent olub.