- Baxış sayı: 21
- 15 Yanvar 2025 11:27
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
“Sumqayıt” ölkə kubokunun 1/2 finalının cavab matçında səfərdə “Qarabağ”a lotereyada qalib gəlib (0:0, penaltilər – 5:4, ilk oyun – 0:0). Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov mərhələ adlamaları belə şərh edib:
“Önəmli oyun idi. Rəqibimiz elə də asan deyildi. Sevincliyəm ki, “Sumqayıt”la 2-ci dəfə finala çıxırıq. Bu, mənim üçün böyük uğurdur. Komanda olaraq buna inanırdıq. İki cəbhədə vuruşmaq məcburiyyətindəyik. İlk oyunda 7 əsas futbolçuya istirahət vermişdik.
Ancaq bu o demək deyildi ki, kubokdan əlimizi üzmüşdük. Bu gün komanda ruhu göründü. Rəqibə də epizod verdik, amma öz imkanlarımız da vardı. Bütün azarkeşlərimizi, komandanı təbrik edirəm. Çempionat hələ davam edir. Çalışcağıq ki, sonluq uğurlu olsun. Bunu haqq edirik. “Qarabağ”a da uğurlar arzulayıram”.