“Sevindirici hal oldur ki, Runi qələbə topunu vura bildi”


“Turan Tovuz”
 premyer liqanın 5-ci turunda səfərdə “Şamaxı”ya 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov qələbəyə belə şərh verib:

“Çətin səfərə gəlmişdik. “Şamaxı” evdə keçirdiyi hər iki oyunda əzmkar oyun göstərmişdi. Xal da qazanmışdılar. Bu gün də gərgin mübarizə şəraitində bir oyun izlədik. Havanın isti olması da oyunun tempinə mane olurdu.

Futbolçularıma da bildirmişdim ki, bu oyunda kim səbrli olsa, o da qalib gələcək. Epizodlara girə bilirdik. Sevindirici hal oldur ki, Runi qələbə topunu vura bildi. Hücumçunun qol vurması özünə olan inamını daha da artırır.

Hər 3 xal bizim üçün çox vacibdir. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman bizim yanımızdadırlar. Həqiqətən tempin düşdüyü məqamlarda komandaya ruh verdilər”.​

Həmin kateqoriyadan