- Baxış sayı: 31
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Rusiya futbol ittifaqı mübahisələrin Həlli Palatasının iclası keçirilib. Allsport.az xəbər verir ki, qış fasiləsində “Dinamo”dan ayrılan Ramil Şeydayev ilə Moskva klubu arasında barışıq sazişi təsdiq edilib.
Bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qalxıb.
“Dinamo” Azərbaycan millisinin üzvü ilə müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün cəzalandırılmışdı.
24 yaşlı hücumçu “Dinamo”ya 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent statusu ilə keçib. 2020-ci ilin yanvarında Moskva klubu Ramilin müqaviləsini pozmuşdu. Şeydayev fevralın 17-də “Sabah”la mövsümün sonunadək sözləşmə imzalayıb.