Seydiyev Stamenkoviçə çatdı

Premyer liqanın 13-cü turu “Sabah”ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Səbail” ilə görüş 67-ci dəfə “ağ-göy” geyimdə fürsət qazanan müdafiəçi, bununla da klubda ən çox oyun keçirmiş Saşa Stamenkoviçə çatıb.

Adı çəkilən qapıçı 2018-2021-ci illərdə “Sabah”da oynayıb. Amin isə 2020-ci ilin yayından bu komandada çıxış edir. O, 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qol vurub.

Həmin kateqoriyadan