Seyko Haşimoto: Tokio yay olimpiya və paralimpiya oyunları tamaşaçıların iştirakı ilə keçirilməlidir

“Koronavirus pandemiyası ilə bağlı vəziyyətə baxmayaraq, Tokio yay olimpiya və paralimpiya oyunlarını tamaşaçıların izləmələrinə icazə verilməlidir”.

Allsport.az saytı xəbər verir ki, bunu Tokio-2020-nin təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto deyib. Onun sözünə görə, hazırkı durumda digər yarışlara tamaşaçılar buraxılır:

“Əlbəttə, idmançılar belə olan halda düşünəcəklər ki, bəs, niyə yalnız olimpiya və paralimpiya oyunları azarkeşsiz keçirilməlidir. Hələlik belə bir variantın təklif edilmədiyini, ancaq koronavirusla əlaqədar vəziyyəti izləmək lazımdır.

Olimpiya oyunları gələn iyulun 23-də, paralimida avqustun 24-də başlayacaq.

Həmin kateqoriyadan