- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Qətərli şeyx Casim ibin Həməd Əl Tani, “Mançester Yunayted”in alınması üçün təkmilləşdirilmiş şərtlərlə 5-ci təklifini irəli sürüb.
Allsport.az xəbər verir ki, təklif, cümə gününə qədər qüvvədə olacaq. Vaxt bitdikdən sonra şeyx klubu almaq cəhdlərindən əl çəkəcək.
Aprel ayında məlum olub ki, Casim “qırmızı şeytanlar”ın sahiblərinə, “Qleyzer” ailəsinə təklif yollayıb. Bu təklif sonuncu adlandırılıb və klubun 5% hissəsinə görə 5,100 milyard funt sterlinq dəyərində qiymətləndirilib.
Bu məbləğdən İngiltərə təmsilçisinin borcunun ləğv edilməsi və klubun inkişafı fondunun yaradılması üçün 1 milyard funt sterlinq ayrılmalı idi.