- Baxış sayı: 42
- 19 Dekabr 2025 11:14

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Trek velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Viktoriya Sidorenko Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində fəxri kürsə qalxıb.
Allsport.az xəbər verir ki, Sidorenko beynəlxalq velosipedçilər ittifaqının (UCİ) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb.
Bu nəticə ilə Viktoriya Sidorenko aktivinə 80 reytinq xalı da əlavə edib.