- Baxış sayı: 84
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan premyer liqasının 2023/24 mövsümünün ilk yarısında yalnız 4 qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.
Allsport.az xəbər verir ki, 18 turun rekordçusu Tiaqo Silvadır.
“Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 faizlik göstəriciyə imza atıb.
Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 quru oyun keçirməyə nail olub.
Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.