- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın yeni yarımmüdafiəçisi Simeon Slavçev öz ölkəsinin mətbuatına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, bolqarıstanlı futbolçu yeni klubunda xoşbəxt olduğunu bildirib:
“Həqiqətən, çox xoşbəxtəm. Xüsusilə də, “Sportinq”dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orda hər zaman psixoloji və idarəçiliklə bağlı problem olurdu. İndi futboldan zövq alıram və bunu da sübut etməyə çalışıram.
“Qarabağ”la avrokubokda 4 oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Son görüşdə daha yaxşı çıxış etdim. Penalti ilə nəticələnən üç məhsuldar ötürmə verdim.
Çempionlar liqasının 3-cü təsnifatında rəqib BATE-dir. Düşünürəm ki, Minsk klubunu bu mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.