- Baxış sayı: 40
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

“Ferrari”dən Sebastyan Fettel Formula1 Sinqapur qran-prisinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, uzunluğu 5065 metr olan Marina Beydə dünya şempionatının 15-ci yarışında pilotlar 61 dövrə vurublar.
Bu, almaniyalı sürücünün cari mövsüm ilk, karyerasında 53-cü qələbəsidir. Onun komanda yoldaşı monakolu Şarl Lekler 2-ci, “Red Bull”dan niderlandlı Maks Ferstappen 3-cü olublar.
Növbəti yarış gələn həftə Rusiyanın Soçi şəhərində keçiriləcək.