Sıralama turu bitdi, sabah üçün start düzülüşü bəlli oldi

Bu gün saat 17:00-da formula-1 Azərbaycan qran-prisinin sıralanma turu keçirildi. Allsport.az saytı xəbər verir ki, 10 komandanın mübarizə apardığı yürüşdə Lüis Hamilton və Valtteri Bottas (“Mersedes”), Sebastyan Fettel, Kimi Rəykkönen (“Ferrari”), Felipe Massa və Ləns Stroll (“Uillyams”), Daniel Rikkardo, Maks Ferstappen (“Red Bull Racinq”), Eseteban Okon və Serxio Peres (“Sahara Fors İndia”), Niko Hülkenberq, Colion Palmer (“Renault”), Daniil Kvayt, Karlos Sayns (“Toro Rosso”), Markus Erikson, Paskal Verleyn (“Sauber”), Fernando Alonso, Stoffel Vandurn (“Maklaren”), Roman Qrojan və Kevin Maqnussen (“Haas”) ötüşüblər.

Yürüş iştirakçıları 6 km-lik Bakı trekini bir saat ərzində qət ediblər. “Mercedes”in pilotları Lüis Həmilton (1:40.593 və Valtteri Bottas (1:41.027) ən yaxşı nəticə göstəriblər. Onlar müvafiq olaraq ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Rəykönnen (1:41.693) tamamlayıb.

İyunun 25-də formula-1 azarkeşləri Azərbaycan qran-prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Həmin kateqoriyadan