- Baxış sayı: 24
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, PSJ-nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Jerom Roten, “Qızıl top”un Lionel Messiyə verilməsini tənqid edib:
“Bu utancvericidir! Əlbəttə, ayıbdır! Fikrimcə, Holand qalib gəlməli idi. 2022-ci ilin avqustundan 2023-cü ilin iyun ayına kimi Leo Messinin qalanları üstələdiyini söyləməyə imkan verən kriteriyalar hansılardır? Onun birinci olacağı ilə bağlı demək olar ki, heç bir meyar yoxdur.
Əgər nailiyyətlərdən danışırıqsa, Messi dünya kubokunu qazansa da, o, Holanddan geri qalır. O, “Mançester Siti” ilə hər şeyi qazandı. Və təbii ki, dünya çempionatındakı nəticəni müqayisə etmək olmaz, çünki Holand norveçlidir. O, bütün rekordları qırdı. Adam hər şeyi qazandı və mövsüm ərzində 60-dan çox qol vurdu. Messi və Ronaldo bunu edəndə onların ən yaxşı seçilmələri tamamilə normal idi. Amma indi Messi klubda cəmi 20, Haaland isə 60 qol vurub. Siz hələ də mənə “Qızıl top”un nüfuzlu bir mükafat olduğunu deyirsiniz? Artıq ona etibar yoxdur”!