- Baxış sayı: 18
- 31 Mart 2026 11:06
- Baxış sayı: 579
- Mart 30, 2026
- 0

Premyer liqanın 19-cu turu “Keşlə”nin futbolçusu Slavik Alxasov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”la görüş (0:1) 26 yaşlı müdafiəçinin Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyunu kimi yadda qalıb. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Slavik bu müddətdə 11 qol vurub.
O, 200 oyunu 3 komandanın heyətində keçirib. Premyer liqada ilk klubu “Sumqayıt” olan arxa xətt oyunçusu bu komandada 126 qarşılaşmada 3 qol vurub. “Xəzər Lənkəran”da 10 oyun keçirən Alxasov 3-cü mövsümdür indiki klubundadır. Əvvəl “İnter”, indi “Keşlə” adlanan komandada 64 matça çıxan müdafiəçi burada 8 qolun sevincini yaşayıb.