- Baxış sayı: 200
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 200
- Dekabr 05, 2025
- 0

Slavik Alxasov “Keşlə”nin heyətində 50-ci çempionat oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, onun yubileyi “Neftçi” ilə 4-cü turuna təsadüf edib. 2016-cı ildən indiki klubunda çıxış edən müdafiəçi 50 görüşdə 6 qol sevinci yaşayıb.
O, 2016/17 mövsümündə 18 qarşılaşmada 1, ötən çempionatda isə 28 matçda 4 dəfə rəqib qapısına yol tapıb. 25 yaşlı futbolçu cari mövsümün 4 görüşündə də 1 dəfə fərqlənib.
Qeyd edək ki, Alxasov 1999-cu ildən çempionatın yüksək dəstəsində çıxış edən klubun tarixində 50 və daha çox oyun keçirən 42-ci futbolçudur.