Slovakiya millisinin sabiq baş məşqçisi “Neftçi”ni çalışdıra bilər

Slovakiya yığmasının sabiq baş məşqçisi Vladimir Vayss Azərbaycan klublarından birini çalışdıra bilər. Allsport.az xəbər verir ki, bu barədə “Pluska” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, onunla müxtəlif ölkələrdən klublar çalışmaqda maraqlıdır. Onlardan biri də Azərbaycan klubudur. Amma Vayssın xidmətində maraqlı olan klubumuzun dəqiq hansı olduğu açıqlanmır.

Qeyd edək ki, Vayssın son iş yeri Qazaxıstanın “Kayrat” klubu olub. O, bu komandadan noyabrın axırında ayrılıb.

Sonda onu da bildirək ki, hazırda Azərbaycan klubları arasında “Neftçi” əcnəbi baş məşqçi axtarışındadır. Böyük ehtimalla Vayssın xidmətində maraqlı olan da məhz paytaxt klubudur.

Həmin kateqoriyadan