- Baxış sayı: 15
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı hücumçu premyer liqanın 25-ci turunun “Sumqayıt”la səfər oyununda (2:0) dubl ilə qol sayını ikirəqəmliyə çatdırıb.
O, 35 yaşında son 13 mövsümdə 10 və ya daha çox fərqlənən yeganə legionçudur. Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Əmiran Muciri “Bakı”nın heyətində 11 top vurub.