- Baxış sayı: 42
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
Azərbaycan kubokunun cari mövsümü 2 komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, buna “Səbail” və “Turan Tovuz” yiyələniblər.
1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.
Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.