Son 25 ildə ölkə çempionatında ən çox oyun keçirən Mahmud Qurbanovdur

Avqustun 11-də premyer liqada yeni mövsümünə start veriləcək. Allsport.az saytı xəbər verir ki, PFL 26-cı ölkə çempionatının startı ərəfəsində yarışın 25 illik tarixinin “qvardiyaçı”larını təqdim edib. 1992-ci ildən keçirilən çempionatların tarixində ən çox oyun keçirən futbolçuların siyahısına Mahmud Qurbanov başçılıq edir. 11 qat Azərbaycan çempionu ölkə çempionatında 400-dən artıq oyun keçirən yeganə futbolçudur.

Onun hesabında 421 qarşılaşma var. Hesabında 388 oyun olan Azər Məmmədov 2-ci yerdə qərarlaşıb. O, Premyer Liqada oynamış eyni ad-soyada malik digər iki Azər Məmmədovdan fərqli daha zəngin karyeraya malikdir. İlk “üçlüy”ü Aslan Kərimov qapayır ki, onun hesabında 382 matç var. Ümumiyyətlə isə nəticəsi ləğv olunan və yarımçıq qalan oyunlar nəzərə alınmamaqla, 300-dən artıq matç keçirən 16 futbolçu var.

Azər Məmmədov kimi Aqil Məmmədov və Kənan Kərimov da eyni ad-soyadda olan bir neçə oyunçudan biridir. 300-ü keçənlərdən yalnız üçü – Rahid Əmirquliyev, Elnur Abdullayev və Vüqar Nadirov karyerasını Premyer Liqa klubunda davam etdirir və göstəricisini yaxşılaşdırmaq imkanına malikdir.

Həmin kateqoriyadan