- Baxış sayı: 94
- 11 Dekabr 2025 22:13
- Baxış sayı: 655
- Dekabr 12, 2025
- 0

Yığmalarımız olimpiya güləş mərkəzində məşqləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, Göygöldə xüsusi fiziki hazırlıq üzrə toplanışını başa vurduqdan sonra Bakıya dönən komandalarımız, taktiki-texniki hazırlığı paytaxtda keçir. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitə Avropa çempionatında iştirak edəcək komandalarımız gündə bir məşqlə son hazırlığı davam etdirir.
Sərbəst güləşçilərimiz sabah Polşaya yollanacaq. Qadınlar aprelin 18-də, yunan-Roma güləşçilərimiz isə ayın 20-də ölkəmizi tərk edəcək. Yarışın proqramına əsasən, aprelin 18-də sərbəst, 20-də qadın, 22-də isə yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Bizdən qitə birinciliyində 1-ci dərəcəli beynəlxalq hakim Hicran Şərifov ədaləti qoruyacaq.