“Son iki oyunda xarakter nümayiş etdirdik”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Belçikaya qarşı oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis oyun haqda danışıb:

“Son iki oyunda xarakter nümayiş etdirdik. Təəssüf ki, Rumıniyaya uduzduğumuz ilk oyuna görə pley-offa vəsiqə qazana bilmədik. Turnir boyu yaxşı oyun göstərdik və bir sıra maraqlı məqamlar oldu. Avro-2024-də iştirakımız ölkəmiz üçün çox önəmli idi. Son iki oyunda xarakter nümayiş etdirdik. Amma bu həyatdır, insan səhv edir, önəmli olan nəticə çıxarmaqdır. Mən futbolçularımla fəxr edirəm”.

Həmin kateqoriyadan