“Son sıranı tərk etmək üçün nəyi isə düzəltməliyik“

“Qəbələ” premyer liqanın 22-ci turunda səfərdə “Turan Tovuz”a 1:2 məğlub olub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında bunu söyləyib:

“Çətin oyun alındı. İki fərqli hissə izlədik. Birinci yarı daha çox rəqibin üstünlüyü ilə keçdi. İkinci hissədə oyunda dönüş yaratmağa çalışdıq, amma sonda bərabərlik qolunu vura bilmədik. Sonuncu pillədəyik. Bilirik ki, son sıranı tərk etmək üçün nəyi isə düzəltməliyik. Üç gündən bir oynamağımız təsirsiz ötüşmədi.

Amma tək biz deyilik. Hər iki turnirdə oynamaq istəyirsənsə, bu problemlə üzləşəcəksən. Lakin zədəli və cəzalı futbolçular olduğu üçün rotasiyalar edə bilmədik. Komandamızın toparlanacağlna və qarşıdakı görüşlərdə daha uğurlu olacağına inanırıq. Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Cəzalı və zədəli oyunçularımız heyətə dönəndən sonra tam fərqli olacağıq. Bütün futbolçular olanda, rəqabət də artır. Futbolçular bu gün əllərindən gələni etməyə çalışırdılar”.

Həmin kateqoriyadan