- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Avropa Liqasının qrup oyunlarının 5-ci turunda Çex Respublikasında yerli “Slovan”a 3 cavabsız qolla uduzsa da, 1/16 final mərhələsinə pley-offa çıxmaq şansı yenə də saxlayır. Allsport.az saytı xəbər verir ki, növbəti raunda vəsiqə qazanmaq imkanı Azərbaycan çempionunun öz əlindədir. Bunun üçün Bakıda İtaliya “Fiorentina”sına qalib gəlməliyik.
Yunanıstan PAOK-u son turda “Slovan”a qalib gəlsə belə, 3 komandanın 10 xalı olacaq. Belə olan halda, “Qarabağ”, “Fiorentina” və PAOK-un öz aralarındakı oyunların nəticəsi əsas götürüləcək. Burada, Ağdam təmsilçisi üstün durumda olacaq.
“Qarabağ” “Fiorentina” ilə heç-heçə edərsə, onda PAOK da “Slovan”la öz meydanında hesabda bərabər qalmalıdır. Bu nəticələrdə şəxsi görüşlərdə üstünlüyü “Qarabağ”ın tərəfindədir.
Azərbaycan çempionu italyanlara uduzsa, “Slovan” isə PAOK-a qalib gəlsə, 3 klubun xalları eyni olacaq: 7. Belə olan halda, “Qarabağ” pley-offa çıxa bilməyəcək. Çünki belədə, “Slovan” bizdən üstündür.