- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt, Avro-2024-ün finalında İspaniyaya məğlubiyyətdən (1:2) sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, təzyiqə tab gətirmədiklərini deyib:
“Finalın sonuna qədər mübarizə apardıq. Düşünürəm ki, bu gün topa kifayət qədər yaxşı nəzarət edə bilmədik. Yaxşı müdafiə olunduq, amma topu qazananda bu təzyiqdən qurtulmaq lazımdır. Amma bunu edə bilmədik. Bu o demək idi ki, onlar oyuna daha çox nəzarət edirdilər, bu da tükəndirə bilərdi.
Bununla belə hesabı bərabərləşdirdik və oyun açıldı. Sonda yenidən əvəz çıxa bilərdik, ona görə də rəqibin üstünlüyü az idi. Düşünürəm ki, onlar turnirin ən yaxşı komandası idilər”.