“Sonuncu döngədə risk etmək asan deyildi”

Səudiyyə Ərəbistanın Ciddə şəhərində Formula-1 dünya çempionatının 2-ci qran-prisində fəxri kürsünün zirvəsinə Maks Ferstappen çıxıb. Allsport.az saytı xəbər verir ki, “Red Bul”un niderlandlı sürücüsü sevincini belə bölüşüb:

“Çətin və maraqlı  yarış idi. Qələbə uğrunda sonadək mübarizə aparırıq. “Ferrari” sürücüləri döngələrdə, lakin biz trasda onlardan daha sürətli idik. Bu səbəbdən, təkərlər də tez yeyilirdi.

Sonuncu döngədə risk etmək asan deyildi. Amma ötməyi bacardım. Sonra DRS zonası açıldı. Finişə doğru sarı bayraqlarla ötüşürdük. Çətin yarış olsa da, qələbə qazandığım üçün çox sevincliyəm”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan