- Baxış sayı: 17
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Man Siti”nin baş icraçı direktoru Feran Sorianu klubun pul üstünlüyü hesabına qalib gələməyi ilə razı deyil.
“Son 1,3 və ya 5 il ərzində İngiltərədə futbolçulara yatırılan pula baxın. Biz heç vaxt futbolçulara ən çox xərcləyən klub olmamışıq.
Bizdən çox pul yatıranlar var – “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”.
Çoxlu pul xərclədiyimizi və buna görə qalib gəldiyimizi söyləmək yanlışdır.
Premyer liqada uğur qazanmaq üçün hər gün çalışırıq. Turnir qazanmaq çox çətindir. Bu mövsüm bunu etsək, ardıcıl 3-cü, son 6 ildə isə 5-ci titul olacaq.
Öz təcrübəmdən bilirəm ki, bütün strategiyanızı çempionlar liqasının qalibi olmaq üzərində əsaslandıra bilməzsiniz”.