Sosial media mövzusunda seminar

UEFA və AFFA-nın təşkilatçılığı ilə kluba dəstək proqramı çərçivəsində sosial media mövzusunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə premyer liqa klublarının marketinq və media şöbələrinin rəhbərləri və sosial media mütəxəssisləri iştirak edib.

Görüşdə klub nümayəndələri üçün sosial medianın müxtəlif istiqamətləri üzrə təqdimat olub, premyer liqa komandalarının sosial media platformalarındakı səhifələri üzrə nəticələr müzakirə olunub. Seminarda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev klublar arasında keçirilmiş qrant müsabiqəsi üzrə qalibi elan edib. 

Münsiflər heyətinin sesverməsinin nəticəsinə əsasən, mart-aprel aylarında premyer liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə keçirilmiş qrant müsabiqəsinin qalibi “Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi olub. Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayırılacaq. Qeyd edək ki, seminar 22 aprel tarixinədək davam edəcək.

Həmin kateqoriyadan