- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 92
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, Luçano Spalletti baş məşqçilik etdiyi “Napoli”dən ayrılmaq istəyir.
Mütəxəssisin klub prezidenti Aurelio de Laurentis ilə münasibətləri korlanıb. Prezident bu vəziyyəti düzəltməyə çalışır, lakin hələlik uğur qazana bilmir. Luçanonu saxlamaq üçün de Laurentis ona 2025-ci ilə qədər yeni müqavilə təklif etməyə hazırdır. Amma hazırda məşqçi fikrini dəyişmək niyyətində deyil.
Spalletti əmək haqqının illik 2,8 milyon avrodan 3,5 milyon avroya qaldırılması ilə 2 illik müqavilə təklifini rədd edib.
Bu mövsüm “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.